Təzə bişirilir, isti çatır

Bowllar, biznes lançlar, 28 sm pizzalar və dolmadan düşbərəyə qədər ev yeməkləri. Hamısı sifarişdən sonra bişirilir, Wolt və Bolt Food kuryerləri isti gətirir.

Toyuq, dolma və qarnirlərlə dolu ChefBox süfrəsi
Qatıqla verilən yarpaq dolması
Yarpaq dolması, qatıqla. 7.90 ₼

Qutunun içində nə var

Bir mətbəxdə həm dolma, düşbərə, gürzə bişiririk, həm də bowl və kruassan yığırıq. Hamısına eyni qayda tətbiq olunur.

Məhsul hər səhər gəlir

Göyərti, tərəvəz, ət və balıq gün ərzində işlənir. Dünəndən qalan qutuya girmir.

Sifarişdən sonra bişirilir

Yemək əvvəlcədən hazırlanıb gözləmir. Siz sifariş verəndə ocaq yanır.

İstiliyi saxlayan qutu

Qutularımız temperaturu qoruyur, kuryer yolda olanda da yemək isti qalır.

İki pizza alın, üçüncüsü paketdədir

İstənilən iki 28 sm pizza və üçüncüsü birlikdə 20.00 ₼. Kampaniya Wolt və Bolt Food-dakı menyumuzdadır.